Ünvanlı sosial yardım alan ailələrin NƏZƏRİNƏ


Prezident İlham Əliyev aztəminatlı ailələrə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

Yeniavaz.com xəbər verir ki, Sərəncama əsasən, 2021-ci il 30 dekabr tarixinə ünvanlı dövlət sosial yardımı alan ailələrin hər birinə 100 manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

Bu sərəncamın 1-ci hissəsinin icrası məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1241 nömrəli Fərmanının 1.6.1.1-ci yarımbəndində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üçün nəzərdə tutulmuş vəsaitdən 4 800 000 (dörd milyon səkkiz yüz min) manat ayrılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan ailələrə ödənilməsini təmin etməli, Nazirlər Kabineti və Maliyyə Nazirliyi sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

DİGƏR XƏBƏRLƏR

Top