Türkiyəni Qafqaza birləşdirəcək tunel açıldı – FOTOLAR


Türkiyə ilə Cənubi Qafqazı birləşdirən yeni “Pirinkayalar” avtomobil tunelinin açılış mərasimi keçirilib.
Yeniavaz.com
“NTV”yə istinadla xəbər verir ki, açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan videokonfrans vasitəsilə iştirak edib. O, çıxışı zamanı tunelin tikintisində iştirak edən mühəndisdən işçiyə qədər hər kəsi təbrik etdiyini bildirib:
“Bu, həm ətraf mühitin qorunmasına töhfə verəcək, həm də ölkəmiz üçün ildə 18 milyon dollara yaxın qənaət edəcək. Məqsədimiz ölkəmizi dünyanın 10 ən böyük iqtisadiyyatı sırasına daxil etmək və qlobal idarəetmə sistemində daha təsirli söz sahibi olmaqdır. Türkiyə inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında ən əhatəli, ən yeni və ən müasir inkişaf infrastrukturuna malik dövlət kimi seçilir”.  
Verilən məlumata görə, Tunel Şərqi Anadolunu Ərzurum-Artvin marşrutundan Şərqi Qaradənizə, Türkiyəni də Gürcüstan üzərindən Qafqaza bağlayacaq. Tunelin uzunluğu isə 3,34 kilometrə bərabərdir.
Qeyd edək ki, tunelin tikintisinə 2017-ci ildən başlanılmışdı.


DİGƏR XƏBƏRLƏR

Top