İordaniya parlamentində əlbəyaxa dava – VİDEO


İordaniya parlamentində millət vəkilləri arasında əlbəyaxa dava düşüb.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, dava konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərin müzakirəsi ilə bağlı keçirilən iclasda baş verib. Belə ki, iclas zamanı “bütün iordaniyalılar qanun qarşısında bərabərdirlər və onlar arasında diskriminasiya yoxdur” ifadəsi bir neçə millət vəkilinin narazılığına səbəb olub. Onların sözlərinə görə, konstitusiyada “bütün iordaniyalılar” əvəzinə “iordaniyalı kişi və iordaniyalı qadın” ifadəsi yer almalıdır. Nəticədə hər iki tərəf razılığa gələ bilməyib və onlar arasında əlbəyaxa dava düşüb. 
Qeyd edək ki, parlamentin iclası dava səbəbilə növbəti günə təxirə salınıb.

DİGƏR XƏBƏRLƏR

Top