“İsrail Azərbaycanla münasibətlərimizi poza bilməyəcək” – İran səfiri


“İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında münasibətlərdə yeni səhifə açılıb”.
Yeniavaz.com
“Tehran Times”a istinadən xəbər verir ki, bunu İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi deyib.
O bildirib ki, İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi və Azərbaycan Respublikasının prezidenti İlham Əliyev arasında Aşqabad görüşü bu baxımdan dönüş nöqtəsi olub.
Səfir, həmçinin İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın dekabrın 22-23-də Bakıya səfərini, Azərbaycan prezidenti İlham Əliyev, xarici işlər naziri Ceyhun Bayramov və parlamentin sədri Sahibə Qafarova ilə səmərəli danışıqlar apardığını müsbət qiymətləndirib.
Musəvi qeyd edib ki, İsrail İran və Azərbaycan arasında mədəni, dini, etnik və dil yaxınlıqlarının tarixdən qaynaqlandığı münasibətləri qətiyyən poza bilməyəcək.

DİGƏR XƏBƏRLƏR

Top