NASA 24 din xadimini işə götürdü - Yadplanetlilərə görə


ABŞ-ın Milli Aeronavtika və Kosmosun Araşdırılması İdarəsi (NASA) yadplanetlilərin aşkar edildiyi təqdirdə insanların reaksiyasını qiymətləndirmək üçün din xadimlərindən kömək istəyib. 
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, bu səbəblə NASA 24 din xadimini Nyu-Cersidəki Prinston Universitetinin İlahiyyat Tədqiqat Mərkəzinə (CTI) işə götürüb. Verilən məlumata görə, din xadimləri dini kitablarda yer alan kosmosdakı həyatla bağlı məlumatları araşdıracaqlar. 
Bundan əlavə, NASA bəşəriyyəti uzun illərdir maraqlandıran aşağıdakı sualların cavablarının da araşdırılacağını bildirib:
- Yaşamaq nə deməkdir?
- İnsan ilə yadplanetli arasında sərhəd harada çəkilməlidir?
- Dinlər üçün kosmosda həyatın olması nə məna verir?

DİGƏR XƏBƏRLƏR

Top