ABŞ-da keçmiş Baş Qərargah rəisinin edam olunması təklif edilib


ABŞ Konqresinin Nümayəndələr Palatasına namizəd, respublikaçı Noy Malceri müharibənin qarşısını almaq üçün Çinə telefonla zəng edən ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Mark Millini edam etməyə çağırıb.
Yeniavaz.com
“news.ru”ya istinadən xəbər verir ki, bu barədə “Newsweek” məlumat yayıb.
Noy Malceri hesab edir ki, generalın hərəkəti xəyanət kimi qiymətləndirilməli və ona uyğun davranılmalıdır. Onun sözlərinə görə, ABŞ-da vətənə xəyanətdə təqsirli bilinənlər edam edilib, ona görə də Milliyə eyni qaydada davranılmalıdır.
Millinin Çinə çağırışı “The Washington Post” qəzetinin redaktor köməkçisi Bob Vudvord və müxbir Robert Kostanın kitabından dərc olunmuş parçalardan məlum olub. Onlar iddia edirlər ki, general iki dəfə Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunlarının komandanı Li Zuoçenqə zəng edib və ABŞ-ın ÇXR-ə hücum etməyəcəyinə əmin edib. O, həmçinin hücum qərarının Ağ Ev tərəfindən veriləcəyi təqdirdə çinli generala xəbərdarlıq edəcəyinə söz verib.
Xatırladaq ki, bundan əvvəl general Millini Ukrayna Ali Radasının “Müxalifət Platforması - Ömürlük” partiyasından olan deputatı Vadim Rabinoviç dövlətə xəyanətdə ittiham edib.
Qeyd edək ki, Mark Milli 14 avqust 2015 – 9 avqust 2019-cu iillər aralığında Amerika Birləşmiş Ştatları Ordusunun Baş Qərargah rəisi vəzifəsində çalışıb.

DİGƏR XƏBƏRLƏR

Top