Helikopter qəzasından 10 saat sonra xilas edildilər


Rusiyanın Udmurtiya Respublikasının Yakşur-Bodyinski rayonunda neft kəmərinə baxış keçirərkən Mi-2 tipli helikopterin qalıqları 10 saat sonra tapılıb.
Yeniavaz.com
“Haber Türk”ə istinadla xəbər verir ki, bu barədə Rusiya hökuməti xəbər yayıb. Verilən məlumata görə, xilasedicilər 10 saat soyuqda gözləyən pilotlara ilk tibbi yardım göstəriblər. Lakin 35 yaşlı pilor Damir Qafurov hadisə yerində dünyasını dəyişib. Digər 52 yaşlı pilot İlya Xromov isə xəstəxanaya yerləşdirilib. Xəstəxananın verdiyi açıqlama görə, müalicə olunan Xromovun ayaqlarında və bədəninin müxtəlif nahiyələrində sınıqlar var.
Qeyd edək ki, qəzanın baş vermə səbəbi hələ məlum deyil.

 

DİGƏR XƏBƏRLƏR

Top