Magistral kəmərdə qəza: Bakının bu ərazilərində su olmayacaq - FOTO


Bakının Nizami rayonunun bir hissəsində içməli suyun verilişində fasilə yaranıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə “Azərsu” ASC məlumat yayıb.

Məlumata görə, Nizami rayonu, Naxçıvani küçəsində (Nazlı Saray şadlıq sarayının yaxınlığı) magistral su kəmərində qəza baş verib.

Hazırda Bakı Sukanal İdarəsinin əməkdaşları qəzanı aradan qaldırır. İşlər 2-3 saat ərzində yekunlaşacaq.

DİGƏR XƏBƏRLƏR

Top