![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2020/4/9/1/6e3f3699-f4e5-4c01-9009-b33fcee2d7f9/koronavirus-aparat.jpg)
“Son sutkada 8774 test aparılıb, yeni növ koronavirusa (COVİD -19) 377 yoluxma halı qeydə alınıb”.
Yeniavaz.com xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib.
Y. Qarayeva bildirib ki, pandemiya dövründə indiyə qədər 600 mindən çox COVİD-19-a yoluxma olub, 6 milyondan çox test aparılıb, 8 minə yaxın insan ölüb.