Bu müəllimlər də işə qəbul üçün imtahan verəcək - Nazir açıqladı


"Gələn ildən musiqi məktəblərinə işə qəbul prosesini imtahan yolu ilə keçirilməsinə başlayacağıq".
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov “Mədəniyyət Nazirliyi: 2021-ci il üzrə Hədəflər və Nəticələr” mövzusunda keçirilən mətbuat konfransında deyib.
Onun sözlərinə görə, imtahanların gecikməsinin bir sıra obyektiv və subyektiv səbəbləri var: "Təəssüflər olsun ki, musiqi məktəblərinə işə qəbulla bağlı nöqsanlar aşkarlanıb. İmtahanların keçirilməsi üçün metodologiya hazırlanmalıdır. İstəyirik ki, Dövlət İmtahan Mərkəzini cəlb edək və Mədəniyyət Nazirliyi prosesdən kənarda qalsın. Həmçinin müəllimlərin diaqnostikasının aparılmasını istəyirik, bununla da nöqsanları müəyyən etməyə çalışırıq. Hazırda ölkədə 220-yə yaxın musiqi məktəbimiz var".

DİGƏR XƏBƏRLƏR

Top