
Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın Sankt-Peterburq şəhərinə işgüzar səfərə gedib.
Yeniavaz.com xəbər verir ki, baş nazir MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitində iştirak edəcək.
Xatırladaq ki, bu gün Sanky-Peterburda Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə ənənəvi olaraq MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev də görüşdə iştirak üçün Rusiyaya səfər edib. Verilən məlumata görə, Ermənistanın baş naziri ilə Azərbaycan Prezidenti arasında ayrıca görüş planlaşdırılmır.
 
                             
                     Tətbiqimizi yükləyə bilərsiniz
                    Tətbiqimizi yükləyə bilərsiniz
                