Ermənistan Naxçıvana dəmir yolunun bərpası üçün 226 milyon xərcləyə bilər


Ermənistanda rəsmi qurumlar tərəfindən Arazdəyən - Culfa - Ordubad - Mehri - Horadiz dəmir yolunun bərpasına çəkilən xərclərin təxminən 226 milyon dollar təşkil edəcəyi bildirilib. 
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, bu barədə Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyi məlumat verib. Nazirlik bildirib ki, yolun Mehridən keçən hissəsində işlərin həyata keçirilməsi 221 milyon dollara başa gələcək və bu hissədə yolun uzunluğu təqribən 45 kilometr təşkil edəcək. Arazdəyəndən keçən hissəsinin bərpası üçün isə təxminən 5 milyon dollar tələb olunacaq.
Nazirlik həmçinin qeyd edib ki, hesablamalar əvvəlki infrastruktur nəzərə alınmaqla aparılıb, yalnız layihənin texniki-iqtisadi cəhətləri hazırlandığı halda əlavə infrastrukturun yaradılmasından və dəqiq qiymətdən danışmaq mümkün olacaq.

DİGƏR XƏBƏRLƏR

Top