Azərbaycanlı Rusiyada sevgilisi ilə əlbir olub onun keçmiş ərini öldürdü


Rusiyanın Lipetsk vilayətinin Kosırevka kəndində “Gənc ürək” sirkinin 66 yaşlı direktoru Vladimir Qaponovu öldürməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı İsmayılov barəsində həbs qətimkan tədbiri seçilib.
Yeniavaz.com
Rusiya mətbuatına istinadla xəbər verir ki, məhkəməyə təqdim olunan materiallara əsasən, İsmayılov dekabrın 24-də Qaponovun həyat yoldaşının ona qoyduğu açarla qətlə yetirilən şəxsin evinə daxil olub. Daha sonra isə İsmayılov Vladimir Qaponovu evdə və küçədə döyüb. O, çoxsaylı döyülmə və kəllə-beyin travmasından dünyasını dəyişib. 
Verilən məlumata görə, Lipetsk Rayon Məhkəməsinin sədri Tatyana Pançenko 51 yaşlı azərbaycanlı barəsində həbs qətimkan tədbiri seçilməsini dəstəkləyib. Lipetsk şəhərinin Sol Sahil rayonu üzrə İstintaq İdarəsinin böyük müstəntiqi Dmitri Kazakov isə məsələ ilə bağlı vəsatət qaldırıb.
Qeyd edək ki, istintaq zamanı İsmayılovun əvvəllər cinayət məsuliyyətinə cəlb edildiyi və başqa bir qətl törətməkdə şübhəli bilinərək federal axtarışda olduğu da aşkarlanıb.

DİGƏR XƏBƏRLƏR

Top