Əməkdar artistdə ağır xəstəlik aşkarlanıb


Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının aktrisası, Əməkdar artist Mələk Abbaszadə artıq üçüncü aydır qarışıq birləşdirici toxuma xəstəliyindən əziyyət çəkir.

Yeniavaz.com "qafqazinfo"ya istinadla xəbər verir ki, bu barədə teatrın direktor müavini İlham Məmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda xəstəlik sürətli kəskin inkişaf mərhələsindədir:
“Yekun diaqnozun müəyyən edilməsi və müvafiq müalicə üçün isə təkrar xaricə gediş və təcili müayinə lazımdır. Bir ay əvvəl aktrisa Con Hopkins adına Anadolu xəstəxanasında müayinədən keçib. İlkin diaqnoz limfadent olub ki, bu da biopsiyadan sonra təsdiqini tapmayıb. Hazırda aktrisa orta ağır vəziyyətdədir”.

DİGƏR XƏBƏRLƏR

Top