Bu ölkənin prezidenti MDB dövlət başçılarının sammitində iştirak etməyəcək


Moldova prezidenti Maya Sandu MDB dövlət başçılarının dekabrın 28-də Sankt-Peterburqda keçirilməsi planlaşdırılan qeyri-rəsmi görüşündə iştirak etməyəcək.
Yeniavaz.com
xəbər verir ki, Sandu bu barədə PRO TV-yə müsahibəsində deyib:
"Mən bu sammitə getmirəm. Bu cür tədbirlərə getməzdən əvvəl biz Moldova Respublikası üçün gündəliyin aktuallığını təhlil edirik. MDB kontekstində bizi əsasən iqtisadi məsələlər maraqlandırır. Rəsmi dəvət almamışam. Hətta zirvə toplantısının gündəliyi ilə tanış deyiləm”.

 

DİGƏR XƏBƏRLƏR

Top