Filippində qasırğa nəticəsində ölənlərin sayı 388-ə yüksəldi


Filippində ötən həftədən etibarən başlayan “Rai” tayfunu nəticəsində ölənlərin sayı artıb.
Yeniavaz.com
“Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Filippin Mülki Müdafiə Departamenti xəbər yayıb. Verilən məlumata görə, qasırğa nəticəsində ölənlərin sayı 388-ə yüksəlib, 60 nəfər isə hələ də itkindir. Bundan əlavə, təxminən 482 min evin zərər gördüyü bildirilib.
Qeyd edək ki, Filippində 2013-cü ildə baş verən qasırğa nəticəsində 6 mindən çox insan həyatını itirmişdi.
 

DİGƏR XƏBƏRLƏR

Top