Kanadada soyuq hava mənfi 55 dərəcəyə çatdı


Bu həftə Qərbi və Mərkəzi Kanadaya həddindən artıq soyuq hava kütlələri gəlib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə ölkənin Milli Meteoroloji Bürosunun xəbər bülleteni məlumat yayıb.
Bildirilib ki, hava mənfi 35-dən mənfi 55 dərəcəyə çatıb. Belə hava ilə əlaqədar sinoptiklər də xəbərdarlıq ediblər ki, belə kəskin soyuq havalar hipotermiyaya və donmaya səbəb ola bilər. Bundan əlavə, meteoroloqlar kanadalıları ev heyvanlarını unutmamağa və onları çöldə qoymamağa çağırıblar.


 

DİGƏR XƏBƏRLƏR

Top