“Media haqqında” qanun layihəsi Milli Məclisdə yenidən müzakirə ediləcək


“Yaxşı olardı ki, “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı” iki ildən bir təqdim olunsun”.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı”nın müzakirəsi zamanı deyib.

Deputat bildirib ki, 2022-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi BMT-də böyük məruzə ilə Azərbaycan adından hesabatla çıxış edəcək: “Bu, çox məsuliyyətli işdir”.

Sədr Sahibə Qafarova isə bildirib ki, qanunda bu məlumatın hər il təqdim edilməsi nəzərdə tutulur: “Hələlik qanuna dəyişiklik məsələsi yoxdur”.

DİGƏR XƏBƏRLƏR

Top