İntihara cəhd edən qazi, Saməddin Məmmədovun oğlu imiş - YENİLƏNİB

Həbsdə olan Saməddin Məmmədovun oğlu, Vətən Müharibəsi iştirakçısı Nahid Məmmədov bu gün Bakıda binanın damına çıxaraq, intihar etmək istəyib. Onun atasının həbsinə etiraz olaraq bu addımı atdığı bildirilib.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Yeniavaz.com-a bildirib ki, Cəlilabad rayonunda həbs edilən Saməddin Məmmədovun həbsində hansısa siyasi motiv yoxdur:

“S.Məmmədovun oğlu atasının həbsdən azad olunması məqsədilə qazi adından istifadə etməklə, müxtəlif məzmunlu çağırışlar edir.

S.Məmmədovun məhz bloqer fəaliyyətinə görə həbs edilməsi ilə bağlı iddialar var və bu, həqiqəti əks etdirmir. Bloqerlik fəaliyyəti ilə məşğul olan ölkədə yüzlərlə şəxs var və heç kimin fəaliyyəti məhdudlaşdırılmır.

S.Məmmədov Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirli bilinərək, dəfələrlə həbs olunub və səkkiz il məhkumluq həyatı yaşayıb. Təəssüf ki, onun övladları bu gerçəyi bildiyi halda, qəbul etmirlər”.

Onun cari ilin sentyabr ayında yenidən həbsi ilə bağlı şöbə rəisi əlavə edib ki, S.Məmmədov özü, oğlu Nahid və bacısı oğlu Elsevər Məmmədov kənd sakini Elşən Cəfərovun onlar barəsində sosial şəbəkələrdə paylaşım etməsinə görə, rayonun Şəhidlər Xiyabanında keçirilən kütləvi tədbir zamanı ona qarşı xuliqanlıq hərəkətləri törədərək ona bədən xəsarəti yetiriblər:

“Faktla bağlı CM-nin 127.1 (Qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1-ci (Xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb və S.Məmmədov saxlanıb. Rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib”.

***18:45
Qısa müddət əvvəl daha bir Qarabağ qazisi intihara cəhd edib.
Yeniavaz.com
xəbər verir ki, hadisə Bakı, Ağa Nemətulla küçəsində baş verib. Məlumatı vəkil Aqil Layıc paylaşıb.

DİGƏR XƏBƏRLƏR

Top