
Amerikalı dietoloqlar toyuq yumurtalarının yeni faydalarını açıqlayıblar.”Yeniavaz.az”ın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, alimlərin fikrincə, gündəlik bir yumurtanın qəbulu insultun yaranma riskini 12 faiz azaldır. Qidada həmin məhsulun istifadəsi ürəyin işemik xəstəliyinin inkişafına nəzərəçarpacaq təsir göstərmir. Alimlər bu qənaətə 1982-2015-ci illərdə ürək-damar xəstəlikləri ilə yumurta qəbulu arasında əlaqənin qiymətləndirilməsi üzrə aparılmış araşdırmanın yekunu üzrə gəliblər. Onların fikrincə, yumurtadakı antioksidanlar oksidləşdirici və iltihab proseslərini ləngidir.
Tətbiqimizi yükləyə bilərsiniz