Sabah bəzi rayonlarda qaz olmayacaq


“Qaz İxrac” İdarəsinə məxsus “Azadkənd-İmişli” magistral qaz kəmərində əmələ gəlmiş güclü sızmanın qarşısının alınması məqsədi ilə 28 dekabr saat 11:00-dan etibarən təmir işlərinə başlanılacaq.

“Azəriqaz” İstehsalat Birliyindən Yeniavaz.com-a verilən məlumata əsasən, təmir işləri başa çatanadək İmişli rayonunun tam olaraq, Saatlı və Sabirabad rayonlarının isə bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.

Qaz təchizatının bərpası günün ikinci yarısı saat 17:00-dək planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top