Rusiyada helikopter qəzaya uğrayıb


Rusiyanın Udmurtiya Respublikasının Yakşur-Bodyinski rayonunda neft kəmərinə baxış keçirərkən Mi-2 tipli helikopter qəzaya uğrayıb.
Yeniavaz.com
“TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Moskva vaxtı ilə saat 14:15-də pilotdan helikopterin respublikanın Yakşur-Bodyinski bölgəsində sərt enişi barədə xəbər daxil olub.
Bildirilir ki, helikopterdə iki nəfər olub. Prokurorluğun məlumatına görə, hadisə nəticəsində ölən olmayıb.
Xilasedicilər hadisə yerinə cəlb olunub.

DİGƏR XƏBƏRLƏR

Top