Ali məhkəmə Aziz Yıldırımla bağlı qərarını açıqladı


Türkiyə Ali Məhkəməsi danışılmış oyunlarda ittiham olunan “Fənərbağça”nın sabiq prezidenti Aziz Yıldırımla bağlı bəraət hükmünü qüvvədə saxlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə klubun keçmiş idarəçilərindən Şekip Mosturoğlu tvitter hesabında yazıb.
Onun sözlərinə görə, İstanbul 13-cü Ağır Cəza Məhkəməsi Aziz Yıldırıma bəraət hökmü çıxarıb, Türkiyə Ali Məhkəməsi isə həmin hökmü qüvvədə saxlayıb.
Qeyd edək ki, Aziz Yıldırımın danışılmış oyunlarda ittiham olunduğu cinayət-məhkəmə prosesi 3 iyul 2011-ci ildə başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top