“Rusiya heç vaxt heç bir imperiya ambisiyasını nümayiş etdirməyib və onun SSRİ-ni dirçəltmək planları yoxdur”.
Yeniavaz.com “TASS”a istinadən xəbər verir ki, bunu Federasiya Şurasının spikeri Valentina Matvienko deyib.
“Kimsə istəsə belə, ilk növbədə, mümkün deyil. İndi biz qarşılıqlı faydalı əməkdaşlığı yeni əsasda inkişaf etdirməliyik. Bizim belə planlarımız yoxdur, bütün ittifaq dövlətlərimizdən olan qonşularımızla, qardaşlarımızla sülh, harmoniya, sevgi və dostluq şəraitində yaşayacağıq” -, deyə o bildirib.
Matvienko qeyd edib ki, SSRİ-nin dağılmasının qarşısını almaq olardı, bunun üçün bütün imkanlar var idi, lakin o dövrün rəhbərləri belə miqyaslı vəzifələri həll etməyə hazır deyildilər.