"Qisas üçün edəcəyəm..." - Kraliçanı öldürməyə cəhd edən şəxs saxlanıldı – VİDEO


İngiltərədə maskalı bir şəxsin video çəkərək Böyük Britaniya kraliçası II Elizabeti öldürəcəyini deməsi ölkədə gündəmə çevrilib.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, həmin videoda maskalı şəxs kraliçanı 1919-cu ildə Amritsar Soyqrımında ölənlərin qisasını almaq üçün öldürəcəyini qeyd edib:
“Üzr istəyirəm. Etdiklərim və edəcəyim işlərə görə peşmanam. Kraliça Elizabeti öldürməyə çalışacağam. Və bunu irqlərinə görə öldürülən, alçaldılan və ayrı-seçkiliyə məruz qalanların qisasını almaq üçün edəcəyəm”. 
Qeyd edək ki, kraliçanı öldürmək istəyən şəxs Kraliça Elizabetin Milad bayramını ailəsi ilə birlikdə qeyd etdiyi Vindsor qalasına girmək istəyərkən saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top