Çavuşoğlu Ermənistan nümayəndələri ilə ilk görüşün yerini açıqladı


“İlkin təəsüratlarımıza görə, Ermənistanın da bu yöndə arzusu var, ilk görüş Moskvada baş tutacaq”.
Yeniavaz.com
xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə nümayəndələrinin görüşü barədə sualı cavablandırarkən deyib.
O bildirib ki, hər iki tərəf öz xüsusi nümayəndələrini təyin etdi və vəzifələndirdi:
“Xüsusi nümayəndələrin ikitərəfli üzbəüz görüşü üçün tarix və yer təyin edilməlidir. İlk görüşün Moskvada keçirilməsi planlaşdırılır. Bu prosesdə Azərbaycanla məsləhətləşmələr vacibdir”.
Xatırladaq ki, Ermənistan və Türkiyə arasında hazırda diplomatik münasibətlər olmasa da, tərəflər iki ölkə arasında əlaqələrin normallaşdırılması üçün xüsusi nümayəndələr təyin ediblər. Sözügedən şəxslər Türkiyə tərəfindən ölkənin ABŞ-dakı keçmiş səfiri Serdar Kılıç, Ermənistan tərəfindən isə parlamentin vitse-spikeri Ruben Rubinyandır.

DİGƏR XƏBƏRLƏR

Top