“Qafqazda çox fərqli proses gedir və indi erməni diasporunun bütün enerjisi, arqumenti üzərində qurduğu struktur dağılmaq üzrədir. Yəni indi Qafqazda Türkiyə-Ermənistan və ya türk-erməni münaqişəsi artıq başa çatır. Qarabağın azad olunması, müstəqilliyini əldə etməsi və Azərbaycan torpaqlarına qoşulması ilə orada tarixin yeni səhifəsi açılıb”.
Yeniavaz.com xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahım Kalın deyib.
Artıq bununla bağlı heç kimin gözləntisi olmadığını bildirən Kalın Türkiyə və Ermənistanın qarşılıqlı münasibətlərin normallaşması istiqamətində addımlar atdığını qeyd edib.
Kalın bildirib ki, normallaşma prosesi ən çox Ermənistana fayda verəcək.
O qeyd edib ki, dənizlərə çıxışı olmayan, iqtisadi cəhətdən zəif və Rusiyanın himayəsində olan Ermənistanın Türkiyə ilə münasibətləri normallaşdırması həm siyasi, həm də iqtisadi baxımdan bu ölkəyə böyük töhfə verəcək.