Azərbaycanla Ərdəbil vilayəti arasında sərhəd-keçid məntəqəsi açılır


İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasında əlaqələrin genişləndirilməsi, xüsusən də yüklərin tranzit daşınması ilə bağlı Ərdəbil vilayətinin şimalındakı sərhəd-keçid məntəqəsi açılıb.
Yeniavaz.com
“İRNA”ya istinadən xəbər verir ki, bu barədə vilayət rəhbəri Hadi Ameli məlumat verib.
Ərdəbil valisi İranın məqsədinin Azərbaycanla əlaqələri yaxşılaşdırmaq olduğunu bildirib:
“Ticarət əlaqələri və malların tranzitini asanlaşdırmaq üçün əyalətin yollarını genişləndirmək və yaxşılaşdırmaq niyyətindəyik. Dəmir yolu bu əlaqələrin inkişafında iştirak edən başqa bir elementdir ki, biz Ərdəbil dəmiryolunu Azərbaycana birləşdirərək bu ticarət əlaqələrini asanlaşdırmağa çalışırıq”.
Ameli bildirib ki, İranın Azərbaycandakı səfirinə tam bir plan təqdim edilib:
"Aslandüz sərhəd-keçid məntəqəsinin açılması iqtisadi və sərhəd əlaqələrinin rifahı baxımından böyük əhəmiyyət daşıyacaq". 

DİGƏR XƏBƏRLƏR

Top