Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə yeni Aparat rəhbəri təyin olunub.
Yeniavaz.com
"report"a istinadla xəbər verir ki, bununla bağlı Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı əmr imzalayıb.
Əmrə əsasən, qurumun Aparat rəhbəri vəzifəsinə Amil Cavadov gətirilib. O, bu təyinata qədər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin köməkçisi işləyib. Eyni zamanda, bu il sentyabrın 13-də Aparat rəhbəri vəzifəsini müvəqqəti icra edirdi.
Qeyd edək ki, Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov sentyabrın 13-də koronavirusdan vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top