Abşeronda “AzSamand”la “Mercedes” toqquşub - Ölən var


Abşeron rayonunda “AzSamand”la “Mercedes” toqquşub.

Yeniavaz.com Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadla xəbər verir ki, hadisə Məmmədli kəndində baş verib.

Hadisə yerinə cəlb olunan FHN-nin Xususi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan sürücü, 2000-ci il təvəllüdlü Vəliyev Cəmaləddin Şahlar oğlunun meyitini deformasiyaya uğrayan “AzSamand” markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

DİGƏR XƏBƏRLƏR

Top