Dörd yaşlı "general-leytenant" Prezidentlə görüşündən danışdı - VİDEO


Prezident İlham Əliyevin Şuşada söhbətləşdiyi dörd yaşlı Asif dövlət başçısı ilə görüşündən danışıb.
Yeniavaz.com İTV-yə istinadən xəbər verir ki, azyaşlı Prezidentlə görüşdən məmnunluğunu dilə gətirib.
“İlham baba bizim ürəyimizdir. Gəlməyinə sevindim. İlham baba mənə “general” dedi. Onu çox istəyirəm”, - azyaşlı bildirib.
Qeyd edək ki, dekabrın 25-də Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi Instaqram səhifəsində Şuşadan video paylaşıb. Videoda dörd yaşlı Asiflə Prezident İlham Əliyevin dialoqu yer alıb. M.Əliyeva paylaşımına “Şuşanın ən gənc general-leytenantı 4 yaşlı Asif” şərhini yazıb.

DİGƏR XƏBƏRLƏR

Top