Bu il Rusiya vətəndaşlığına qəbul edilən əcnəbilərin sayı AÇIQLANDI


2021-ci ilin ilk 11 ayında Rusiya vətəndaşlığını qəbul edən xarici vətəndaşların sayı 667 939 nəfər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 105 min nəfər çoxdur.

Yeniavaz.com “TASS”-a istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, miqrasiya üçün qeydiyyata alınan əcnəbilərin sayı artıb. Əgər 2020-ci ilin 11 ayında 8 milyon 983 min 944 nəfər qeydiyyata alınıbsa, cari ildə 11 milyon 895 min 887 nəfər qeydə alınıb.

Sentyabrın sonunda Rusiya Daxili İşlər Nazirliyinin Miqrasiya Baş İdarəsinin rəisi Valentina Kazakova Rusiya vətəndaşlığı üçün müraciətlərin sayının artdığını açıqlamışdı. Onun sözlərinə görə, Rusiya vətəndaşlığını almaq istəyənlər arasında Ukrayna, Belarus, Moldova və Qazaxıstan vətəndaşları üstünlük təşkil edir.
 

DİGƏR XƏBƏRLƏR

Top