Putin nəvələri üçün Yeni il hədiyyələrini özü seçdiyini bildirib


Rusiya prezidenti Vladimir Putin bildirib ki, o, alış-verişə getməsə də, nəvələri üçün Yeni il hədiyyələrini özü seçməyə çalışır.

Yeniavaz.com xəbər verir ki, Putin bunu “Rossiya-1” telekanalında "Moskva, Kreml, Putin" proqramında deyib. 
Jurnalist Pavel Zarubin prezidentdən Yeni ili və bayramları ailəsi ilə keçirə biləcəyini, nəvələri üçün hədiyyələri müstəqil seçib-seçmədiyini soruşub.

"Qismən bəli. Amma təəssüf ki, mən alış-verişə getmirəm. Amma indi başqa yollarla nəyisə seçmək imkanı var və mən bunu özüm etməyə çalışıram. Ümid edirəm ki, bu, onların xoşuna gələcək", - Putin deyib.
Daha əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS- a bildirib ki, dövlət başçısı ənənəvi olaraq Yeni ili qohumları və dostlarının əhatəsində qeyd edəcək.
 

DİGƏR XƏBƏRLƏR

Top