Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas vəfat edib


Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas bazar günü 92 yaşında vəfat edib. 
Yeniavaz.com xəbər verir ki, b
u barədə Yunanıstan mətbuatı məlumat yayıb .

Yunanıstanın hazırkı prezidenti Katerina Sakellaropoulou onun vəfatı ilə əlaqədar başsağlığı verib: "Epir bölgəsindən olan vətənpərvər və siyasətçi Karolos Papulyası son dəfə həyəcan və kədərlə salamlayırıq. Onun milli müqavimətdə və diktaturaya qarşı mübarizədə iştirakı onun taleyində həlledici rol oynadı".
Qeyd edək ki, Papulyas 2005-2015-ci illərdə Yunanıstan prezidenti olub. 
O, 1929-cu il iyunun 4-də Yunanıstanın şimal-qərbindəki Yannina şəhərində anadan olub. İkinci Dünya Müharibəsi illərində yeniyetmə ikən Müqavimət hərəkatında iştirak edib.
Papulyas həm də Yunanıstanda faşistpərəst “qara polkovniklər” xuntasına qarşı mübarizənin fəal iştirakçısı olub (1967-1974). 

DİGƏR XƏBƏRLƏR

Top