Onlar niyə mırıq diş olur? - FOTOLAR


Soyuq iqlimə malik olan ölkələrdə ən çox inkişaf etmiş idman növlərindən biri buz üstündə xokkeydir. 

Bu idman növü ilə məşğul olanlar daha çox ağız boşluğu nahiyəsindən xəsarət alırlar. 

Dişlərindən zədə alan peşəkar xokkeyçilər isə idmanı tərk etmədən diş protezlərindən və ya onları müalicə etməkdən imtina edirlər. 

Maraqlıdır, xokkeyçilər niyə məhz dişlərindən xəsarət alırlar və niyə müalicədən imtina edirlər?

Yeniavaz.com fanat.az-a istinadla xəbər verir ki, bu idman növündə ağız boşluğunun zədəyə məruz qalmasının bir neçə səbəbi var.

Xokkey - oyunçuların buz üzərində yaxın təmasda olduğu idman növüdür. Qoruyucu kapaların olmasına baxmayaraq ağız boşluğu tez-tez zədəyə məruz qalır. Səbəblərdən biri də şaybanın xokkeyçilərin üzünə tuş gəlməsi olur.

Məsələn, mart ayının 16-sı Rusiyada xokkey şaybasının zərbəsindən bir nəfər idmançı həyatını itirib.

Odur ki, sifətdən zədə almaq riski yüksəkdir. ABŞ-ın Milli Xokkey Liqasında demək olar hər mövsüm 5-10 idmançı ön hissədə yerləşən dişlərindən məhrum olur.

Yeni diş qoydurmamaqlarının səbəbi isə odur ki, protezləmə zamanı körpü və ya implant qoyularsa, təkrarlanan travmalar daha da ağır zədələrə səbəb ola bilər. Belə hallarda protezin quraşdırılması zərurəti ilə bağlı qərarı idmançı diş həkimləri və komandanın xüsusi mütəxəssisləri ilə birlikdə verməlidir. Bəli, bu bahalı prosesdir, amma yüksək liqalarda mübarizə aparan xokkeyçilər üçün yox. Onlar yenidən zədələnmə riskindən qaçmaq üçün dişlərin bərpasını karyeralarının sonuna qədər təxirə salırlar. 

Amma dişsiz qalmağın yeganə səbəbi bu deyil. Bu, həm də dəb və trenddir. Məsələn, tanınmış rusiyalı xokkey ustası Oveçkin də dişsizdir və yer üzündə ona bənzəmək istəyən 100-lərlə gənc xokkeyçi var.

2019-cu ildə "NBC Hockey" telekanalında şəhçi belə bir ifadə səsləndirmişdi: "Bu mövsüm Oveçkinə bənzəmək üçün "Edmonton Oilers" klubunun gənclərdən ibarət komandasının üzvü Styuart Skinner iki yuxarı ön dişi ilə vidalaşacaq". 

DİGƏR XƏBƏRLƏR

Top