Taliban ABŞ-a Əfqanıstanın daxili işlərinə qarışmamağı tövsiyə edib


Əfqanıstanda hakimiyyətə gələn Taliban hərəkatı ABŞ-ı Əfqanıstanın daxili işlərinə qarışmamağa çağırır və lazım gələrsə müqavimət göstərməyə hazır olduğunu bəyan edib. 
Yeniavaz.com TASS-a istinadən xəbər verir ki, b
u barədə bazar günü müvəqqəti Taliban hökumətində xarici işlər nazirinin müavini vəzifəsini icra edən Şer Məhəmməd Abbas bildirib.

"Mən ABŞ-a xəbərdarlıq etmək istərdim ki, Əfqanıstanın daxili işlərinə qarışmasın. Heç kim düşünməsin ki, əfqanlar müharibədən yorulub və özlərini müdafiə edə bilmirlər”, - deyən xarici işlər nazirinin müavini əlavə edib ki, zərurət yaranarsa, əfqanlar daha 40 il müqavimət göstərə biləcəklər.
Qeyd edək ki, ABŞ silahlı qüvvələrini ölkədən çıxarmaq qərarını elan etdikdən sonra Taliban Əfqanıstan üzərində nəzarəti bərqərar etmək üçün genişmiqyaslı əməliyyata başlayıb. Avqustun 15-də Taliban döyüşsüz Kabilə daxil olub, prezident Əşrəf Qani isə ölkəni tərk edib. Sentyabrın 6-da Taliban bütün Əfqanıstan ərazisinə nəzarəti bərqərar etdiklərini, sentyabrın 7-də isə legitimliyi hələ heç bir ölkə tərəfindən tanınmayan müvəqqəti hökumətin tərkibini açıqlayıb.
 

DİGƏR XƏBƏRLƏR

Top