Gələn il kimin pensiyası nə qədər artacaq? – MƏBLƏĞ


Bildiyimiz kimi, hər ilin əvvəlində pensiyaların nə qədər artacağı Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan əvvəlki ilin orta aylıq nominal əməkhaqqının artım tempinə əsasən müəyyən olunur.
Yəni, bu il orta aylıq nominal əməkhaqqı nə qədər artsa pensiyalar da yanvarın 1-dən bir o qədər artırılacaq.
Yeniavaz.com xəbər verir ki, artıq bu ilin ilk 10 ayı ərzində orta aylıq nominal əmək haqqında qeydə alınan artımlar açıqlanıb. 
Açıqlanan göstəricilərə görə bu ilin yanvar-oktyabr aylarında orta aylıq nominal əmək haqqı 2,6% artıb.
Bu isə o deməkdir ki, son 2 ayın statistik göstəricilərində ciddi dəyişiklik olmasa, ehtimal etmək olar ki, pensiyaların orta məbləği hər 100 manatada təxminən 2-3 manat həddində artacaq. 
Onu da bildirək ki, 2020-ci il üzrə orta aylıq nominal əmək haqqının nə qədər artdığı gələn ilin fevral ayında açıqlanacaq. Bu səbəbdən də yanvar ayı üzrə artımlar fevral ayının pensiyası ilə birgə veriləcək.
Məlumat üçün onu da qeyd edək ki, əmək pensiyasının minimum məbləği 2022-ci il yanvarın 1-dən 240 manat məbləğində müəyyən olunacaq.
Bu, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Beləliklə, əmək pensiyasının minimum məbləği gələn ildən 20% artırılacaq. 240 manatdan aşağı pensiya alan hər kəsinin pensiyası yanvarın 1-dən 240 manat olacaq.
Bu artım 240 mantadan çox pensiya alanlara şamil olunmayacaq. Qeyd etdiyimiz kimi, 240 manatdan yuxarı pensiya alanlarda artımın 2,5-3% həddində olacağı gözlənilir. 250 manat pensiya alanlarda artım təxminən 6-7 manat, 300 manat pensiya alanlarda artım təxminən 8-9 manat həddində olacaq.


 

DİGƏR XƏBƏRLƏR

Top