Qanunsuz ov edən şəxslər saxlanıldı


Şabran Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ov edən şəxsləri saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur Seyidquliyev və İlqar Məmmədov rayon ərazisində, üzərlərində qanunsuz daşıdıqları silahla ov edərkən yaxalanıblar.

Hazırda faktlarla bağlı RPŞ-də araşdırmalar aparılır.

DİGƏR XƏBƏRLƏR

Top