Bakıda 14 yaşlı yeniyetmə dəm qazından zəhərləndi


Bakıda zəhərlənmə hadisəsi baş verib.

Yeniavaz.com "report"a istinadla xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Y.V.Çəmənzəmənli küçəsində yaşayan 2007-ci il təvəllüdlü Nuri Aynur Telman qızı yaşadığı evdə dəm qazından zəhərlənib. Xəsarət alan yeniyetmə təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top