
İran hakimiyyəti koronavirusun omikron ştammının yayılması təhlükəsi ilə əlaqədar qonşu ölkələrlə quru sərhədini 15 gün müddətinə bağlayır.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə İran Gömrük İdarəsinin rəsmi nümayəndəsi Seyid Ruhullah Lətifi bildirib.
“Koronavirusun Yayılmasına Qarşı Mübarizə üzrə Respublika Baş Qərargahının və Daxili İşlər Nazirliyinin əmrinə uyğun olaraq, omikron ştammının yayılmasının qarşısının alınması məqsədilə bu gündən etibarən qonşu dövlətlərlə quru sərhədi sərnişinlər üçün 15 gün müddətinə bağlanacaq”-deyə hökumət rəsmisi bildirib.