"Qarabağın son statusu Azərbaycan konstitusiyası əsasında baş verməlidir" - Paşinyan


Ermənistan Baş naziri dekabrın 24-də onlayn rejimdə mətbuat konfransı zamanı deyib ki, Qarabağın son statusunun dəqiqləşdirilməsi Azərbaycan konstitusiyası əsasında baş verməlidir və bu imkanı onun sələfləri yaradıb.
Yeniavaz.com xəbər verir ki, Nikol Paşinyan Qarabağ münaqişəsi üzrə danışıqlar prosesinin əzəldən erməni tərəfinin "xeyrinə" getmədiyini deyib.
Onun sözlərinə görə, Qarabağ tənzimlənməsi ilə bağlı ATƏT-in Minsk Qrupu həmsədrlərinin hələ 2016-cı ildə irəli sürdüyü təkliflər erməni tərəfi üçün "faciəvi" olub.

DİGƏR XƏBƏRLƏR

Top