Ukrayna “Bayraktar”ın istehsalına başlayıb


Ukraynada Türkiyənin “Bayraktar TB2” silahlı pilotsuz uçuş aparatlarının istehsalına başlanılıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə prezident aparatının rəhbəri Andrey Yermak məlumat verib.
O qeyd edib ki, əvvəllər dron mühərrikləri Ukraynada istehsal edilib. Prezident Vladimir Zelenski də daha əvvəl “Bayraktar” istehsalat zavodunun tikintisinin başladığını elan edib.
“Türkiyə ilə əməkdaşlığımızı genişləndiririk. Hər şey “Bayraktar”ın tədarükü ilə başladı və indi onların Ukraynada istehsalına başlanılıb. Deyəndə ki, bunlar türk “Bayraktar”ıdır, bəli, Türkiyədən almışıq, amma qeyd etmək lazımdır ki, bu dronların mühərrikləri bizdə istehsal olunur” -, deyə Yermak “Fokus” nəşrinə bildirib.
Andrey Yermak müsahibəsində qərbin hərbi yardımından da danışıb. Onun sözlərinə görə, Böyük Britaniya donanma quruculuğunda iştirak edir. Böyük Britaniya ilə birlikdə dəniz qüvvələrinin inkişafı üçün 1,7 milyard funt sterlinqlik layihə həyata keçirilir. Fransa ilə birgə layihələrin dəyəri isə 1,3 milyard avro təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top