"Belə fikir yaranır ki, biz problemin həllinin əleyhinəyik" - Paşinyan


“Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır”.
Yeniavaz.com
 "sputnik armenia"ya istinadla xəbər verir ki, bunu ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan onlayn mətbuat konfransında deyib.
“Əlbəttə, biz bu mövzuda danışıqlara başlamaqda və sülh müqaviləsinin imzalanmasında maraqlıyıq. Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun həmsədrləri danışıqlar üçün gündəliyi təklif etdilər ki, onun da bəndlərindən biri hərtərəfli sülh yolu ilə nizamlanma məsələsi idi. Bəli, biz bunda maraqlıyıq” -, deyə Paşinyan bildirib.
Paşinyan vurğulayıb ki, hərtərəfli həll və hərtərəfli sülhün bərqərar olması Ermənistanın ən mühüm məqsədlərindən biridir. O əlavə edib ki, Azərbaycanla bütün cari müzakirələrə bu aspektdən baxmaq olar.
Baş nazirin sözlərinə görə, informasiya xaosu belə təəssürat yaradır ki, Ermənistan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasına qarşıdır, amma bu belə deyil:
“Bu həm də belə bir fikir yaradır ki, biz sülh sazişinin və Qarabağ probleminin hərtərəfli həllinin əleyhinəyik. Əlbəttə, yox. Biz bunda maraqlıyıq”.
O, həmçinin qeyd edib ki, Ermənistan regionda kommunikasiyaların açılmasının tərəfdarıdır.

DİGƏR XƏBƏRLƏR

Top