Xəzərdə zəlzələ qeydə alınıb


Xəzər dənizində zəlzələ olub. 
Yeniavaz.com
xəbər verir ki, məlumatı Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi yayıb.
Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar yerli vaxtla saat 07:49-da qeydə alınıb. Zəlzələ 3,8 bal gücündə olub, zəlzələ ocağı 68 kilometr dərinlikdə yerləşib.
Qeyd edək ki, bu, noyabrın 30-dan bu günədək Xəzər dənizində qeydə alınan 3-cü zəlzələdir.

DİGƏR XƏBƏRLƏR

Top