Bayden Uyğur türkləri ilə bağlı hazırlanan qanunu təsdiqlədi


ABŞ prezidenti Co Bayden Sincan - Uyğur Muxtar Bölgəsində istehsal olunan məhsulların ABŞ-a idxalını qadağan edən qanunu təsdiqləyib. Buna səbəb Çinin o bölgədə məhsulları məcburi əmək yolu ilə istehsal etdiyi iddiaları olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ağ Evdən yazılı açıqlama verilib.
Bayden Senatda Demokratlar və Respublikaçılar arasında uzun müddətdir danışılan və keçən həftə Konqresin hər iki palatası tərəfindən imzalanan qanunu təsdiqləyib.
Qanun layihəsini Respublikaçı senator Marko Rubio təqdim edib. Təqdimatda göstərilib ki, məhsullar Çinin Uyğur Muxtar Bölgəsindəki uyğur türklərinin və digər dini azlıqların məcburi əməyi ilə istehsal olunur.
Qanun layihəsi dekabrın 14-də Nümayəndələr Palatasında, dekabrın 16-da isə Senatda yekdilliklə qəbul edilib.
 

DİGƏR XƏBƏRLƏR

Top