Şri-Lanka İranın neft borcunu çayla ödəyəcək


Şri-Lanka hökuməti 251 milyon dollar borcunu ödəmək üçün İrana hər ay 5 milyon dollar dəyərində Seylon çayı göndərəcəyini açıqlayıb.
Yeniavaz.com
“Sözcü”yə istinadla xəbər verir ki, Şri-Lankanın hökumətinin nümayəndəsi borcun çayla ödənilməsinin İrana qarşı tətbiq edilən beynəlxalq sanksiyaları pozmayacağını bildirib.
Bundan əlavə, İran Ticarətə Dəstək Təşkilatının prezidenti Əlirıza Peymanpak da məsələ ilə bağlı açıqlama verib:
 "Biz son danışıqlarda Şri-Lankada istehsal olunan çayın İrana olan borc və faizləri ödəmək üçün göndərilməyi ilə bağlı yazılı razılığa gəldik".
Qeyd edək ki, Şri-Lankanın ən mühüm ixrac məhsullarından biri olan çay ilk dəfə olaraq xarici borcun ödənilməsi üçün istifadə olunacaq.
 

DİGƏR XƏBƏRLƏR

Top