Rusiya XİN sözçüsü: “İrəvana və Bakıya səbr arzulayıram”


Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Qarabağ münaqişəsini ən çətin, uzunmüddətli və qanlı münaqişələrdən biri adlandırıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, brifinq zamanı rusiyalı diplomat Ermənistan və Azərbaycana sülh və qarşıdurmanın həllində səbir arzulayıb.
“Ermənistana və Azərbaycana, o cümlədən Rusiya tərəfi də daxil olmaqla işləyən bütün ekspertlərə bu uzun sürən, mürəkkəb və qanlı münaqişələrdən birini həll etmək kimi çətin missiyada ilk növbədə sülh, səbr və uğurlar arzulayıram”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, bütün tərəflər səy göstərsə, hər şey nəticə verəcək.
O, qeyd edib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın müddəaları, ümumilikdə, keçən il ərzində həyata keçirilib.
 

DİGƏR XƏBƏRLƏR

Top