Rusiya hökuməti Azərbaycanla bağlı məlumat yaydı


Rusiya prezidenti Vladimir Putinin təşəbbüsü ilə dekabrın 28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin rəhbərlərinin ənənəvi qeyri-rəsmi görüşü keçiriləcək.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Rusiya prezidentinin rəsmi saytında məlumat verilib.
Bildirilir ki, tədbirdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev, Qazaxıstan Respublikasının Birinci Prezidenti Nursultan Nazarbayev, Qırğız Respublikasının Prezidenti Sadır Japarov, Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev iştirak edəcək.

 

DİGƏR XƏBƏRLƏR

Top