Gürcüstan parlamentinin sədri istefa verdi


Gürcüstan parlamentinin sədri Kaxaber Kuçava istefa verib.
Yeniavaz.com
TASS-a istinadla xəbər verir ki, bu barədə hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri İrakli Kobaxidze bildirib. 
 "Bu gün partiyanın siyasi şurasının iclası keçirilib, orada bir neçə mühüm kadr məsələsi müzakirə olunub. İlk növbədə, nəzərinizə çatdırmaq istəyirəm ki, parlamentin sədri Kaxa Kuçava vəzifəsini tərk etmək qərarına gəlib", - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, Kuçava 2021-ci ilin aprelində parlamentin spikeri seçilib.

 

DİGƏR XƏBƏRLƏR

Top