Milli Məclisin qarşısında etiraz aksiyası keçirilib


Bakıda Parlament binasının qarşısında bir qrup jurnalistin iştirakı ilə yeni qəbul olunan “Media haqqında qanun”a etiraz aksiyası keçirilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə aksiyanın təşkilatçısı jurnalist Nurlan Qəhrəmanlı(Libre) öz feysbuk hesabında məlumat verib.
N. Qəhrəmanlı bildirib ki, aksiya baş tutmuş sayılır və saxlanılan olmayıb.
Qeyd edək ki, aksiyada irəli sürülən tələbin yeni “Media haqqında qanun” layihəsinin geri qaytarılması və müstəqil ekspertlərlə birlikdə yenidən hazırlanması olduğu bildirilib.

DİGƏR XƏBƏRLƏR

Top